Arif Hacılının oğluna bu ittihamlar irəli sürüldü - VİDEO

media-hightechnic-468x90

Oktyabrın 31-də saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib.

Yenicag.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

O. Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600