“Arsenal” hücumçusunu satmağı planlaşdırır

media-hightechnic-468x90

İngiltərə təmsilçisi “Arsenal” hücumçusu Qabriel Jezusla bağlı qərar verib.

Yenicag.az xəbər verir ki, “topçular” 28 yaşlı futbolçunu qış “transfer pəncərəsi”ndə satmağı planlaşdırır.

London kollektivi braziliyalı futbolçunun satışından əldə edəcəyi gəlir sayəsində komandanın büdcəsini yaxşılaşdırmağı düşünür

Forvard hazırda zədəlidir və təxminən 1 ay sonra yaşıl meydanlara qayıdacaq. Qabriel Jezus özü də başqa klubda çıxış etməyin tərəfdarıdır. O, daim start heyətində yer ala biləcəyi komandanın formasını geyinmək istəyir.

Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa