“Arsenal” hücumçu üçün 50 milyon avro ayırmağa hazırlaşır
“Arsenal” Ademola Lukmanı transfer etməyə hazırlaşır
Yenicag.az xəbər verir ki, çempionluq həsrətini bitirməyi hədəfləyən London klubu “Arsenal” yeni hücumçu axtarışındadır. Bu yay “Atalanta”nın nigeriyalı cinah hücumçusu Ademola Lukmana transfer təklifi göndərməyə hazırlaşır. “Caught Offside” nəşrinin məlumatına görə, “Arsenal” Lukmanın Premyer Liqaya qayıtmaq istəyindən yararlanmaq istəyir və onu 50 milyon avro (43 milyon funt sterlinq) qarşılığında heyətinə qatmaq niyyətindədir.
27 yaşlı hücumçu geridə qalan mövsümdə “Atalanta” ilə 40 oyunda 20 qol və 6 məhsuldar ötürmə ilə çıxış edərək komandasının A Seriyasını 3-cü pillədə başa vurmasına töhfə verib.
Qeyd edək ki, Lukman daha öncə “RB Leipzig”, “Everton”, “Charlton”, “Fulham” və “Leicester City” klublarının formasını geyinib.
Göycə Göycəyev