!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Artan boşanmalara aktrisadan REAKSİYA: “Ailə dəyərlərimizi itiririk!”

!Reklam – Yazi

“Biabırçılıqdır, toyu olan cütlük iki gündən sonra boşanır…”

Bunu Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova son illər sürətlə artan boşanmalarla bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Aktrisa son vaxtlar cəmiyyətdə tez-tez səslənən “boşanmaların sayının artmasının əsas səbəbkarı sosial şəbəkələrdir” fikrinə də münasibət bildirib. O bu fikirlə qətiyyən razılaşmadığını deyib:

“Tez-tez belə fikirlər səslənir ki, guya boşanmaların əsas səbəblərindən biri sosial şəbəkələrdir. Bu fikirlə qətiyyən razı deyiləm. Sosial şəbəkə olmasaydı, guya boşanmayacaqdılar. Onsuz da boşayan boşayır, boşamayan da boşamır. Əvvəllər belə şeyləri gizlədirdilər, qabarıq deyildi. Amma indi açıq-aşkardır. Sosial şəbəkələr sadəcə olaraq insanların simasını üzə çıxarır. Boşanmaların statistikası artır və buna adi hal kimi baxıram.

Biabırçılıqdır, toyu olan cütlük iki gündən sonra boşanır. Buna nə ad verək? Bunu da sosial şəbəkələrin boynuna yıxaq? Əvvəldən ata-ana bilməlidir, kimin qapısına gedir, yaxud da ailə quran oğlanla qız bilməlidir, kiminlə evlənir ki, sabah-o biri gün başları daşa dəyməsin. İndi əlimizdə bir kəlməni bayraq etmişik ki, xasiyyətləri tutmadı. Adam söz də tapmır deməyə. Əvvəllər tək-tək boşananlar vardı, onu da çox sonradan bilirdilər. İndi bu gün evlənən sabah boşanır. Adamlar bir-birinə dözmür. Bilmirəm, çörəkdəndir, havadandır, sudandır, ya nədir, onu bilirəm ki, yavaş-yavaş mentalitetimizi, ailə dəyərlərimizi itiririk. Deyəsən, indi mentalitetimiz də meyarlara uymur. Nə yaxşı ki bəzi rayonlarda bu ənənələr hələ ki qalıb”.

Cəvahir

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv