!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan qətl HALLARI: "Bu, insanların cinayətə meyilli olmasına yol açır..." - Psixoloq rəyi

!Reklam – Yazi

“Kütləvi informasiya vasitələrində qətl hadisələrinin sıx şəkildə yayımlanması cinayət hadisələrinin sayını artırır”.

Bu sözləri cəmiyyətimizdə cinayət hadisələrinin sayında müşahidə olunan artımın mümkün səbəblərini dəyərləndirən psixoloq İlahe Dadaşova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, davranış pozuntusu hallarının artması insanların cinayətə meyilli olmasına yol açır. Bu problemin qarşısını almaq üçün mütəxəssislər vasitəsilə maarifləndirmə işləri aparılmalıdır:

“Bu gün əhali arasında kütləvi psixoz halı yayılmaqdadır. Eyni zamanda davranış pozuntusu və psixopatik şəxsiyyətə malik olan insanlar ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilməli olduğu halda, cəmiyyətdə sərbəst şəkildə hərəkət edirlər. Onları ilk baxışdan hansısa xüsusi meyara görə təyin etmək mümkün deyil. Həmin insanları yalnız psixoloqlar və bu sahə üzrə mütəxəssislər tanıya bilirlər. Psixopat insanlar özlərinə çox güvənirlər. Buna görə də hansısa cinayət hadisəsini törətmək və ya cəmiyyətə zidd hərəkət sərgiləmək onlar üçün problemli situasiya deyil. Psixopat insanlarda dəyərlər sistemi olmur və vicdani düşüncələr çox aşağı səviyyədə olur. Belə insanlar üçün bir ailənin üzvlərini qətlə yetirmək adi bir haldır. Onlar törətdikləri cinayətdən peşmanlıq hissi duymurlar.

Bu gün kütləvi informasiya vasitələrində qətl hadisələrinin sıx şəkildə yayımlanması cinayət hadisələrinin sayını artırır. İnsan tək olanda ictimai qınaqdan qorxur. Lakin cinayət xəbərlərini görən şəxs düşünür ki, o tək deyil və cinayət hadisəsi törətmək fikri onun üçün adiləşir. Sovet dövründə amansız qətl hadisələri ictimailəşdirilmirdi və araşdırma qapalı şəkildə aparılırdı. Əslində, hər bir cəmiyyətdə cinayəti təsdiqləyən bir qrup kütlə olur. Cinayət xəbərlərinin adiləşməsi həmin kütləyə meyli artırır. Bu vəziyyətin qarşısını almaq üçün mütəmadi olaraq cinayət xəbərləri yayımlanmamalı, cinayət törədənlərin və zərərçəkənlərin ailə üzvləri ilə reportajlar hazırlanmamalıdır. Televiziya kanalları cinayət hadisəsi ilə bağlı xəbər verəndə ekspert rəylərinə yer vermirlər. Halbuki maarrifləndirmə üsullarından istifadə olunmalıdır. Cinayət hadisələrinin artması təkcə bir insanın digərini öldürməsi ilə kifayətlənmir. Bu hadisələr ailələrarası düşmənçiliyə, aqressiv nəsilin yetişməsinə yol açır”.

Gülşən Şərif

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv