Ermənistanda bu təklifi qəbul etməmək üçün əsas tapa bilmirlər – Politoloq

media-hightechnic-468x90

Azərbaycan regionda gərginliyi azaldan və iqtisadi əməkdaşlığı genişləndirən addımlar atmaqla yeni reallıqlar formalaşdırır.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Azərbaycanın Ermənistana yük tranzitinə icazə verməsi və bu qərarın siyasi nəticələri barədə danışaraq bildirib ki, Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan uzunmüddətli məhdudiyyətləri aradan qaldırması və ilk dəfə olaraq Qazaxıstan taxılının bu marşrutla Ermənistana daşınmasına başlanması regionda mühüm siyasi nəticələr doğuracaq:

“Bu addım, xüsusilə, Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasi mövqelərini gücləndirə bilər. Paşinyan qarşıdan gələn parlament seçkiləri ərəfəsində cəmiyyətə Azərbaycanla sülhün zəruriliyini çatdırmağa çalışır, lakin kilsə və radikal qüvvələr bu xəttə qarşı çıxırlar. Azərbaycan üzərindən tranzitin açılması onun sülh yönümlü siyasətinə real dəstək kimi qəbul ediləcək və seçici bazasında mövqeyini möhkəmləndirəcək”.

Politoloq vurğulayıb ki, bu qərar həm də Bakının maraqlarına tam uyğundur:

“Çünki Azərbaycan regionda gərginliyi azaldan və iqtisadi əməkdaşlığı genişləndirən addımlar atmaqla yeni reallıqlar formalaşdırır. Ermənistan tərəfinin, o cümlədən hökumət nümayəndələrinin bu qərarı müsbət qarşılaması Paşinyanın opponentlərinin arqumentlərini zəiflətdi — artıq onlar Azərbaycan üzərindən tranziti qəbul etməmək üçün əsas tapa bilmirlər. Beləliklə, Bakı həm regional iqtisadi inteqrasiyaya, həm də Ermənistan daxilində sülhün siyasi bazasının genişlənməsinə töhfə verir”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa