!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan VİZA XƏRCLƏRİ: Rüsumun artırılmasının kökündə nə dayanır? - AÇIQLAMA

!Reklam – Yazi

“Viza rüsumunun artımı Amerikaya səfər etmək istəyən şəxsin qərarına ciddi təsir etməyəcək”.

Bunu ABŞ-nin Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 dollar artırmasının oraya səfər edənlərin sayına təsirini şərh edərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Yenicag.az-a açıqlamasında deyib.

O, viza məsələlərində əlavə insan resurslarına ehtiyac olduğunu və onların gəlirlərini təmin etmək məqsədilə qiymətin artırıldığını bildirib:

“Amerika xəyallar ölkəsi hesab olunduğu üçün oraya gedənlərin sayında ildən-ilə artım müşahidə edilir. Bu da vizaların idarə olunması prosesinə əlavə işçilərin cəlb edilməsinə səbəb olur. Əlavə resurslara ehtiyac isə vizada qiymət artımına gətirib çıxarır.

Ümumiyyətlə, Amerikanın Azərbaycan vətəndaşları üçün viza rüsumunu artırmasının oraya səfər etmək istəyən şəxsin qərarına ciddi təsir edəcəyini düşünmürəm. Çünki bu ölkəyə səfərin özü kifayət qədər yüksək məvacib tələb edir. Məsələn, təyyarə biletindən tutmuş digər məsələlərə qədər qiymətlərin yüksək olduğunu qeyd etmək olar. Buna görə də vizanın qiymət artımı maddi cəhətdən imkanlı şəxslərin Amerikaya getmək qərarına təsir etməyəcək”.

Sadiq Cavadov

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv