“Artıq aforizm deməyəcəyəm”

media-hightechnic-468x90

4111938ab6d7c5df7e5122f61cc82e30“Mən artıq aforizm deməyəcəm. Əvəzində başqa rubrika olacaq”.

“Planeta Parni iz Baku” ŞHK teatrının bədii rəhbəri Tahir İmanov Space TV-də yayımlanan “Gülüş yığması” verilişinin sonunda tamaşaçıların diqqətinə bu sözləri çatdırıb.

Görəsən, Tahir İmanovu aforizm deməkdən çəkindirən, onu susduran səbəb nədir?

Adətən, verilişin sonunu T.İmanov öz aforizimləri ilə bitirirdi. Lakin onun bu deyimləri qalmqallara səbəb olurdu.

Qeyd edək ki, onun bu yaxınlarda dediyi “İndiki zəmanədə zibilə düşmək asan məsələdir, amma nazirin qəbuluna düşmək qeyri-mümkündür” aforizmi mətbuatda səs-küyə səbəb olmuşdu.

Bir müddət öncə isə İmanov qardaşları mətbuata müsahibələrində nazirlərdən şikayətlənərək, onların qəbuluna düşə bilməmələrindən gileylənmişdilər.

(lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600