“Artıq vətəndaşlar gömrükdə qalan mallarını daha rahat əldə edə biləcəklər” – DGK RƏSMİSİ

media-hightechnic-468x90

“Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar çərçivəsində malın saxlanılma səbəblərinin açıqlanması və vətəndaşlara məlumatın vaxtında çatdırılması prosesi daha da təkmilləşdirilib. Yeni çərçivə istifadəyə verilib. Artıq gömrükdə saxlanılan malı vətəndaş girib yenidən bəyan etdikdən sonra gömrüyə getməyən malını ala biləcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal gömrük və media” mövzusunda seminarda, DGK-nın Rəqəmsal İdarəetmə Baş İdarəsinin nümayəndəsi Elgül Həsənli məlumat verib.

O, qeyd edib ki, əvvəllər gömrükdə saxlanılan malı vətəndaşlar özləri gedib alırdılar:

“Lakin yeni sistemə görə, vətəndaşlar gömrükdə malı yenidən bəyan edərək, daşınma şirkəti vasitəsilə malını daha rahat şəkildə əldə edəcəklər. Bu islahatlar, həm də məlumatların vaxtında çatdırılmasını və vətəndaşlara daha şəffaf xidmət göstərilməsini təmin edəcək”.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600