Reklam

Reklam

Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1468
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."