!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını baltaladı, sevgilisini pəncərədən atdı: Mentalitet kəndirindən “ASILANLAR” - Cəvahir Nehru yazır

!Reklam – Yazi

“Filan rayonda qadın əri tərəfindən qətlə yetirildi..”. “Gənc qızı sevgilisi bıçaqladı”… “Azyaşlı övladının gözü önünlə qadını pəncərədən atdı”…

Əvvəllər bu cür tükürpədən xəbərlərlə nadir hallarda rastlaşırdıq, lakin son vaxtlar qadınların qətlə yetirilməi halları getdikcə artır. Getdikcə aqressivləşən cəmiyyətdə belə halların baş verməsi nəyin nəticəsidir? Mobil telefonlar, sosial şəbəkələr, yoxsa cahillik, savadsızlıq?

Kişi öz arvadını, yaxud da sevgilisini niyə qətlə yetirməlidir axı? Əgər münasibətlərdə çat yaranıbsa, artıq bir damın altında yaşamaq kimisə öldürmək həddinə çatdıracaq qədər işgəncəyə çevrilibsə, o zaman sivil qaydalar var. O qayda, əlbəttə ki, öldürmək deyil.

İstənilən səbəb qadını öldürməyə əsas vermir. O zaman boşan. Kim kimə ixtiyar verib ki, kiminsə övladını qətlə yetirsin? Hələ baltalamaq, pəncərədən atmaq, boğazına bıçaq dirəmək… Belə xəbərləri eşidəndə özümü daş dövründə yaşayan məxluq kimi hiss edirəm. Nə qədər acı olsa da, əfsuslar olsun ki, hələ də mənfur mentalitet streotiplərinin məngənəsində boğulmağa davam edirik.

İnsan oğlu niyə bu qədər aqressiv, niyə bu qədər zalım olmağı bacarır? Mərhəmət hisslərini harada, necə itirdik axı?

Əvvəllər yeni nəsli yetişdirmək üçün ailə, məktəb, cəmiyyət – üçü vəhdət halında iş görürdü, yeni nəslin formalaşdırılırdı. İndi isə aqressiya elə məktəblərdən başlayır. Daha sonra cəmiyyətə ötürülür. Ailələrdə və cəmiyyətdə həddən artıq gərginlik var.

Münasibətlərdə dözümsüzlük azalıb, ər-arvadın, ata-oğulun, ana-qızın sözü bir-birinin boğazından keçmir. Mənəvi dəyərlərdə sürətlə aşınma gedir. Televiziyalarda maarifləndirmə işi gücləndirilməlidir. Elmi əsası olan fəaliyyət proqramına ehtiyac var. Amma televiziya rəhbərlərinin başı reytinq azarına necə qarışıbsa, onlar nəinki maarifləndirməyə xidmət edən verilişlər yayımlamağa, əksinə mənəviyyatımıza zərbə vuran verilişlərə daha çox maraqlıdırlar. Kənddən aldadılıb gətirilərək efirlərə çıxarılan, daha sonra 3-5 uşaqla ərini atıb şəhər həyatının parıltısı ilə gözləri dumanlanan qadınların ailəsini dağıdan o verilişləri birdəfəlik bağlamaq lazımdır. Nə isə bu da ayrı bir dərddir, bu mövzuya da qayıdacam.

COP29

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv