Arvadını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

media-hightechnic-468x90

Xəbər verildiyi kimi, 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

media-banner_tkm

Rayon Prokurorluğundan Yenicag.az-a bildirilib ki, istintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05