Misirdə qandonduran olay yaşanıb.
Yenicag.az xəbər verir ki, ər arvadının boğazını kəsdikdən sonra, uşaqlarını zəhərləyib.
Hadisə Dimyad şəhərində baş verib. Cani ata arvadını öldürdükdən sonra uşaqlarının yeməyinə zəhər qatıb. Azyaşlılar xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Qeyd edək ki, cinayətkar şəxs şəhərdən qaçmaq istəyərkən Nabaruh qəsəbəsində saxlanılıb.
www.yenicag.az