Narsist həyat yoldaşı ilə necə davranmalı? - Psixoloqdan açıqlama
İnsan tipləri müxtəlifdir. Hərənin öz xarakteri, öz dünyası var. Elə insanlar da var ki, onlar ancaq özlərini haqlı sayır, dünyanın ancaq onların ətrafında döndüklərini düşünürlər.
Psixoloqların sözlərinə görə, bu cür insanlar “narsist” adlanırlar. Və narsistik şəxsiyyət pozğunluğu müxtəlif sahələrə mənfi təsir göstərə bilən bir xəstəlikdir. Bəs ailədaxili münasibətlərdə necə, narsist həyat yoldaşı ilə necə davranmalı? Suallarımıza Pozitiv Təlim və Karyera Mərkəzinin rəhbəri Nəsibə Tağıyeva cavablandırır:
“ Narsistik şəxsiyyət pozğunluğu olan insanlar özlərini vacib hesab edir və önə çəkirlər. Buna görə də, bir çox hallarda, başqalarının dediklərinə və ya etdiklərinə əhəmiyyət verməməyə meylli ola bilərlər. Mənfi tənqidi qəbul etməyi sevməyən, başqalarından “üstün” görünmək istəyən narsistik şəxsiyyət pozğunluğu olan insanların gündəlik həyatlarında bir çox problem yaşaması da mümkündür.
Narsist insanlar öz imicini çox yüksək görürlər. Buna görə də başqalarının onlara həmişə heyran olduğunu ifadə edirlər.
Onların başqa insanları alçaltması, tənqid etməsi çox təbiidir.
Buna görə də eqoist və təkəbbürlü bir düşüncə tərzinə sahibdirlər. Bu düşüncə tərzi onların münasibətinə də təsir edir.
Ətrafındakı insanlar tərəfindən manipulyasiyaedici və eqoist kimi tanınırlar.
Ailədəki narsist münasibətlərdə həmişə qarşı tərəf özünü günahkar hiss edir ki, bu da ona psixoloji təsir göstərir. Bu zaman qadında özgüvən azalır. Çox vaxt narsistik şəxsiyyət pozğunluğu olan insanlar bunu dərk etmirlər. Çünki hər hansı problemi ola biləcəyi düşüncəsi onlara çox da ehtimal olunan bir vəziyyət kimi görünmür. Bu baxımdan ətraf mühitin təsiri çox vacibdir.
Narsistik şəxsiyyət pozğunluğuna psixoterapiya ilə yardım edilir. Bundan sonra davranış dəyişiklikləri qısa müddətdə nəzərəçarpacaq dərəcədə fərqli olur.
Sözsüz ki, Pozitiv Psixologiya Mərkəzinin peşəkarları bu işdə sizin ən yaxşı yardımçılarınızdır.
Ünvan:
Pozitiv Psixologiya Mərkəzi
Əlaqə nömrəsi : 070 725 00 00
📌Bakı
Bakı şəhəri, Azadlıq prospekti 195B ( “Azadlıq” m/st. yaxınlığı)
📌Sumqayıt
Sumqayıt şəhəri, 5-ci mkr, C. Cabbarlı 89
📌Quba
Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)
📌Gəncə
Gəncə şəhəri, Atatürk pr. döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)