AŞ baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

media-hightechnic-468x90

Ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə Avropa Şurasının binasının ön hissəsində Azərbaycanın üçrəngli bayrağı nümayiş olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan bayrağı proyektorlarla Avropa Şurasının binası önündə əks etdirilib.

Gecənin zülmətinə qovuşan bina üçrəngli bayrağımızın rəngləri ilə işqlandırılıb. Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız bu il Respublika Gününü xüsusi əhval-ruhiyyədə müxtəlif formalarda qeyd ediblər. Müxtəlif ölkələrdə Azərbaycanın üçrəngli bayrağı ən yüksək nöqtələrdə və insanların sıx olduqları yerlərdə nümayiş olunub.

Respublika Günü münasibətilə təşkil edilmiş bayram tədbirlərində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa