ASGA Xocalı soyqırımı ilə bağlı tədbir keçirib-Fotolar

media-hightechnic-468x90

anarrrr-600x350Bugün Azərbaycanın Polşadakı Səfirliyində Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Polşa nümayəndəliyinin təşkilatçılıgı ilə Xocalı soyqırımının qurbanları anılıb.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Polşadakı Fövqaladə və Səlahiyyətli Səfiri Həsən Həsənov Xocalı soyqırımı haqqında təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Ermənilərin Azərbaycan xalqına etdiyi zülmlərdən danışıb.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmadov çıxış edərək tədbirdə iştirak edən yerli vətəndaşlara Polyak dilində Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Sonra Polşa Diplomatiya Universitetinin tələbəsi Kamil Sobczak cixis edərək soyqırım haqqında öz fikirlərini paylaşıb. O, Xocalı faciəsini bəşəriyətə qarşı olan soyqırım aktı kimi qiymətləndirib.

Tədbirdə iştirak edən yerli jurnalistlər, təşkilat rəhbərləri çıxışlar ediblər, soyqırıma münasibətlərini bildiriblər. Polşada yaşayan azərbaycanlı Səbinə Səlimzadə, Anar Məmmədovun tarda ifası altında Xocalıya həsr olunmuş şerlər səsləndirib. Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş videoçarx izləyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600