Çöldə telefonla oynamaq "gəl məni vur" deməkdir — İldırımdan qorunmağın Yapon metodu

media-hightechnic-468x90

“İldırım çaxarkən su kranından uzaq durun”

media-banner_tuq

Bu xəbərdarlığı Yenicag.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib.

Ekspert son zamanlar artan ildırımvurma hallarından qorunmaq üçün ildırımlı havada nələrə diqqət etməli olduğumuzu sadalayıb:

“Son günlər xəbərlərdə ildırımvurma hallarının artdığını görürük. İnsanlar elə düşünürlər ki, ildırımdan qorunmaq mümkün deyil və bu, sadəcə qismət işidir. Əsla belə deyil. Düzgün addım və davranışlarla ildırım vurmasından tam qorunmaq və sığortalanmaq mümkündür. Yaponiya təcrübəsinə nəzər salsaq, orada balaca yaşlarından insanlara ildırım çaxarkən hansı davranışları sərgiləmək lazım olduğunu öyrədirlər.

Belə hava şəraitində ən doğru addım dərhal yerə çöməlmək, dabanları bir-birinə yapışdırıb qulaqları tutmaqdır. Çünki ildırım yuxarıdan hədəf seçir və ərazidəki ən hündür nöqtəni vurmaq ehtimalı yüksəlir. Ayaqüstə dayananda hədəf olma ehtimalınız çox yüksəkdir. Yerə çömələrək boyu kiçiltmək lazımdır, lakin yerə uzanmaq olmaz. Yerə uzandıqda torpaqdan keçən cərəyan insanı dərhal vura bilər.

İldırımlı havada çöldə gəzib telefonla oynamaq, video çəkmək və ya internetə girmək “gəl, məni vur” deməkdir. Telefonu cibə qoymaq, tamamilə söndürmək və ya uçuş rejiminə keçirmək lazımdır. Böyüklərimiz adətən yağış yağanda qaçıb ağacın altında gizlənirdilər. Bu, ən böyük yanlışdır. İldırım ilk növbədə məhz hündür ağacları vurur. Ağacın altında durmaq birbaşa təhlükədir və keçmişdən qalan bu yanlış vərdişi təkrarlamamaq lazımdır.

İldırım vaxtı ən təhlükəsiz yerlər evlər və maşınlar hesab olunur. Avtomobillərin daxilində gizlənmək ən etibarlı qorunma üsuludur. Maşınların təkərləri və metal gövdəsi elə qurulub ki, ildırım dəysə belə, içindəki sərnişinlərə heç nə olmur, cərəyan birbaşa torpağa ötürülür.

Əgər ildırım çaxarkən evdəsinizsə, pəncərələri mütləq bağlamalı, onlardan uzaq durmalı və ildırım bitənə qədər su kranını açmamalısınız. Çünki su güclü elektrik keçiriciliyinə malikdir. Sadaladığım bu sadə qaydalara əməl etməklə ildırım təhlükəsindən qorunmaq mümkündür. Hər kəsi bu qaydalara ciddi riayət etməyə çağırırıq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05