!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Samirədən onu tənqid edənlərə gözlənilməz cavab: "Danışmağa heç ixtiyarım da yoxdur”

!Reklam – Yazi

İTV-də yayımlanan “Səs Azərbaycan” musiqi yarışmasında münsiflər heyətində təmsil olunan Aşıq Samirə sosial şəbəkələrdə barəsində səslənən iradlara münasibət bildirib.

Yenicag.az-a açıqlama verən sənətçi münsiflər heyətinin səlahiyyətli şəxslər tərəfindən seçildiyini bildirib:

“Bu beynəlxalq bir layihədir. Məni o layihəyə münsif kimi təyin edən səlahiyyətlilər var. Bu sualın cavabı İTV və layihə rəhbərlərinin səlahiyyətindədir və mənim danışmağa heç ixtiyarım da yoxdur”.

Aşığın estrada musiqi yarışmasında təmsil olunmasının uyğun görülməməsinə Samirənin cavabı belə oldu:

“Azərbaycanın səsi, doğma nəğmələr” layihəsinin adından da bəlli olduğu kimi orada milli, estrada musiqisi və aşıq sənəti nümayiş olunur. Yarışmanın adı hər şeyi deyir. Kim, nəyi, necə müzakirə edirsə, bunun mənə aidiyyatı yoxdur”.

Qeyd edək ki, aşığın estrada yarışmasında təmsil olunması sosial şəbəkələrdə narazılıqla qarşılanıb və Aşıq Samirənin belə bir yarışmaya uyğun olmadığını bildiriblər.

Cəvahir

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv