Aşıq Zülfiyyə əsəbiləşdi: “Bu sualı mənə verməməliydin!”
“Həyat yoldaşımla cəmi üç gün küsülü olmuşam, o da çoxdan, oğluma görə…”
Yenicag.az xəbər verir ki, bu sözləri Aşıq Zülfiyyə “Günə uğurla” verilişində deyib.
Sənətçi müğənni Rəvan Qarayevin ona ünvanladığı “Nə vaxtsa həyat yoldaşınızla boşanmaq həddinə gəlib çıxmısınız?” sualından xoşlanmayıb. O, qarşı tərəfə səslənərək narazılığını belə ifadə edib:
“Rəvan məni harada görübsə, həyat yoldaşım həmişə yanımda olub. O, qətiyyən mənə belə bir sual ünvanlamamalıydı. Bu sualı mənə yazmaqla səhv edib. Xeyr, qətiyyən həyat yoldaşımla boşanma dərəcəsinə çatmamışıq. Bu, heç mümkün də deyil. Həyat yoldaşımla cəmi üç gün küsülü olmuşam, o da çoxdan olub – oğluma görə”.
Nehru












