Asiyada tarixinin ən böyük fəlakəti: “Ditwah” qasırğası 4 paytaxtı xəritədən sildi
Asiya tarixinin ən böyük təbii fəlakəti baş verdi: “Ditwah” Qasırğası və ardınca gələn tropik sistemlər Şri Lanka, İndoneziya, Tayland və Malayziyanı vurdu. Dörd paytaxt və böyük metropol sanki xəritədən silindi.

Yenicag.az xəbər veriri ki , rəsmi məlumatlara görə, can itkisi 900-ü keçib, yüzlərlə insan hələ də itkindir. Axtarış-xilasetmə qrupları palçıq altında qalan kəndlərə çatmağa çalışarkən, ölü sayının daha da artmasından narahatlıq yaranır.

Şri Lanka, İndoneziya, Tayland və Malayziya, tarixin ən ağır sel və qasırğa fəlakətlərindən biri ilə üz-üzədir. “Ditwah” qasırğası və ardınca gələn tropik sistemlər bölgədə böyük dağıntılar yaratdı. Can itkisi 900-ü keçib, milyonlarla insan evlərini tərk etməyə məcbur olub.
Şri Lanka Fəlakət İdarəetmə Mərkəzinin açıqlamasına görə, “Ditwah” Qasırğası səbəbindən baş verən sel və torpaq sürüşmələrində ən azı 334 nəfər ölüb və ya itkin düşüb. Təxminən 1 milyon insan zərər çəkib, 200 mindən çox insan məktəb və ictimai binalara yerləşdirilib.

Mavil Aru Bəndinin dağılması nəticəsində minlərlə insan yüksək bölgələrə qaçıb. Hava qüvvələri 120-dən çox sakini təxliyə edib. Paytaxt Kolomboda isə məhəllələr tamamilə sular altında qalıb. Elektrik, su və rabitə xidmətləri mərhələli şəkildə bərpa olunur.
İndoneziyada can itkisi 442-yə yüksəlib. Yaralıların sayı isə 646-ya çatıb. Bir çox bölgələrə qurudan giriş bağlandığı üçün yardımlar helikopterlərlə çatdırılır. Meteorologiya Agentliyi, əlverişsiz hava şəraitinin bir neçə gün daha davam edə biləcəyini bildirib. Şimali Sumatrada isə ərazi şərtləri və kəsilən yollar səbəbindən axtarış-xilasetmə qrupları böyük çətinliklərlə üzləşir.

Tayland Fəlakətlə Mübarizə və İdarəetmə İdarəsi (DDPM) 12 nöqtədə baş verən sel fəlakətində 1,4 milyon evin və 3,8 milyon insanın zərər çəkdiyini açıqlayıb. Ən çox itkinin yaşandığı bölgə Songkhla olub, Hat Yai-də isə bir gündə 335 mm yağıntı düşərək 300 illik rekord qırılıb.
26 dekabrda Songkhla ərazisində OHAL elan edilib. Baş nazir Anutin Charnvirakul sel qurbanlarına kompensasiyaların gələn həftə ödəniləcəyini açıqlayıb.

Şri Lanka və İndoneziya, fəlakət bölgələrinə hərbi personal göndərib. Şri Lankada köməksiz qalanlara çatmaq üçün havaya qalxan bir hərbi helikopter Kolombonun şimalında qəzaya uğrayıb. Yaralı və can itkisi barədə hələ məlumat verilməyib.
Şri Lanka Suvarma Departamenti, yağışların Hindistan istiqamətinə keçməsi ilə suların üç gün ərzində çəkilməyə başlayacağını gözləyir. Lakin, yüzlərlə insan hələ də itkindir. Axtarış-xilasetmə qrupları təcrid olunmuş kəndlərə çatdıqca ölü sayının daha da artacağı ehtimalı mövcuddur.
Yenicag.az












