ASN Romada 20 yanvarla bağlı tədbir keçirib

media-hightechnic-468x90

 10922329_1597863977104020_5202565980453103406_oAzerbaijan Student Network Romada ilk tədbirini 20 Yanvar Qətliamıla bağlı keçirtdi. Həyata keçirilən flashmob həm xarici turistləri həm də yerli İtalyan sakinlərinin marağına səbəb oldu. ASN-in əsas məqsədi həm 20 Yanvar hadisələrini Avropaya çatdırmaq həm də bunu modern, hazırkı nəslin daha tez daha asan qavrayacağı yöndə həyata keçirtmək idi.


 Belə ki, Romanın hər şeydən öncə Avropanın mədəniyyət paytaxtı olması tədbirin burada keçirilməsinə əsas verdi. 

 “Modern, cəlbedici, maraqlı bir layihə yaratmaqla başqa insanların marağına səbəb olmaq ve həqiqətləri dünyaya çatdırmaq üçün belə demək mümkünsə innovativ yollardan istifade etmək lazımdır. Biz ASN İtalia olaraq bu amilə böyük diqqət yetirməyə çalışdıq. Bunun üçün turistlərin diqqətini cəlb etmək və  onlarda maraq yaratmaq üçün flaşmobu ən məşhur və turistlə dolu olan kuçələrdən birinde “Via del Corso”-da etdik.  Bununla həm yerli italyanlara, həm də turist kütləsine xitab etmiş olduq” ASN-dən bildiriblər.

Layihədə flaşmob olaraq “street art”a geniş yer verilməsinin də öz səbəbləri oldu. Roma mədəniyyət beşiyidir. Bir Romali üçün art, shəkil, yaradıcılıq onun ayrılmaz hissəsidir. Bu şəkil sənətin daha kreativ shəkilde “Iphone Weather Forecast”- proqramının üzqabığına edilmiş improvizasiyalarla çatdırmağa çalışdıq. Belə ki iki yan yana verilən shəkildə biz həm keçmişimizi, 20 yanvar günü və orda şəhid olan həmvətənlərimizi, eyni zamanda ise bugün ki gündə rahat ve müstəqil yaşamağımızın bir səbəbini, hal hazirda havanın günəşli və parlaq olmasını şəkillərdə göstərməyə çalışdıq. 2 şəkil arasinda kəskin fərq bu 25 ildə yaşananların qısa icmali xarakteri daşıyırdı. Bu müddət ərzində də tədbirə maraq göstərən yerli sakinlərə, italyan ve xarici turistlərə kiçik broşurlar paylandi ve hemçinin baş verənlər barədə Italyan ve ingilizce ətrafli məlumat verildi”-deyə Azerbaijan Student Network” rəmisi sözlərinə əlavə edib. 

Bizim azadlığımız uğrunda dünyasını dəyişən bütün Şəhidlərə Allah Rəhmət eləsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600