Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Astarada karantin rejimini pozan kafe sahibi və müştərilər saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada mərc oyununun təşkil olunduğu da müəyyən edilib.

Həmin obyektin sahibi A.Bayramov və doqquz nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.

www.yenicag.az

181