Ata həbsdə olan oğluna fərqli üsulla narkotik keçirmək istədi - FOTO

media-hightechnic-468x90

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600