!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ata və oğlunu bıçaqlayan şəxs saxlanıldı - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevir şəhər sakinləri olan ata və oğlu – Elçin və Elmir Qəmbərovlar müxtəlif bədən xəsarətləri və kəsilmiş-deşilmiş yara diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olublar.

Yenicag.az xəbər verir ki, xəstəxanadan Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Poli Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

COP29

www.yenicag.az

1540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv