Atasının məzarı üstündə intihar etdi
Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Gaziantepdə xalça fabrikasının sahibi olan 42 yaşlı Cuma Salik başına atəş açaraq intihar edib. Beləki, o atasının qəbri üstündə “Atamın yanına gedirəm, haqqınızı halal edin” deyə qardaşına mesaj göndərib, sonra özünü güllələyib. Hadisə yerinə gələn ailəsi və polis onun artıq öldüyünü görüblər. İş adamının meyiti ekpertiza üçün aidiyyatı qurumlara təhvil verilib.
Məlumata görə, Cuma Salik evli və iki uşaq atası idi.
Faktla bağlı polis araşdırmalara başlayıb.