!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atatürk hava limanında ard-arda partlayışlar – Ölənlər var + Fotolar – Yenilənib

!Reklam – Yazi

1 (2)

İstanbulun “Atatürk” hava limanında terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb

***

İstanbulun “Atatürk” hava limanında terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Bu barədə İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım məlumat verib. Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdaq bildirmişdi ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər. Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbərə hələlik rəsmi təsdiq verilməyib.

“Assoşieyted Press” agentliyi 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.

***

Terror aktının İsrail-Türkiyə, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırıldığı vaxtla üst-üstə düşməsi heç də təsadüfi sayıla bilməz. Terror aktına görə məsuliyyəti isə PKK yox, İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***

Türkiyənin İstanbul şəhərində Atatürk Hava limanında terror olub.

Dörd terrorçunun öncə vətəndaşları gülləbaran etdiyi, daha sonra ikisinin özünü partlatdığı deyilir.

Hadisənin xarici reyslər terminalında baş verdiyi bildirilir.

Atatürk Hava limanına giriş-çıxış bağlanıb.

***

Doğan xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub. Çoxsaylı insan yaralanıb. Xəsarət alanlar Bakırköy dövlət xəstəxanasına yerləşdirilib. Ancaq ölü sayının sürətlə artacağı gözlənilir.

***

Baş nazir Binəli Yıldırım partlayışla bağlı daxili işlər naziri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi saxlayaraq böhran qrupunun yaradılması haqda göstəriş verib.

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv