Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə telefonla danışıb.
Məlumatı Rusiya XİN yayıb.
Bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin Moskvada keçirdiyi məsləhətləşmələrin ardından əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.
Yenicag.az xəbər verir ki, Rusiya XİN-nin yaydığı bəyanatdakı bir detal millət vəkili Erkin Qədirlinin diqqətini çəkib. Belə ki, xəbərdə qeyd olunan «на земле» sözünü deputat belə şərh edib:
“Rusiyanın Xarici İşlər Naziri Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinə zəng edib və yerdə (!) atəşkəsə əməl olunmasının vacibliyini vurğulayıb. Detallar üzə çıxır. Dediyim kimi, atəşkəs heç kimin xeyrinə deyil, çünki hazırki durum heç kəsi qane etmir. Atəşkəs ancaq yerdə elan olunub. Bu, 1907-ci ilin dördüncü Haaqa Konvensiyasının kontekstidir (yerdə savaş). Lavrovun zəngindən belə anlaşılır ki, atəşkəs hava savaşlarına (dronlara, uçaqlara, helikopterlərə) aid olunmur. Hava savaşlarına dair ayrıca beynəlxalq anlaşma var (1923-cü ilin Haaqa Qaydaları). Bizə də elə bu lazımdır. Onsuz da düşmənə ən ağır zərbələri dronlarla vururuq.
Ordumuza eşq olsun!”
www.yenicag.az