!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atəşkəsi pozan ermənilər cavablarını layiqincə alırlar” - Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Artıq üçüncü dəfədir, humanitar atəşkəs elan olunsa da, ermənilər anlaşmaya yenə əməl etmir”.

Bunu döyüş bölgəsində oktyabrın 27-i saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, Tərtər və Ağdam rayonlarının bir sıra kəndlərinin atəşə tutulması nəticəsində infrastruktura ziyan dəyib:

“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında artıq üçüncü humanitar atəşkəs elan olunub. Lakin atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra erməni tərəfi yenə raket və ağır artilleriyadan istifadə edərək, bütün cəbhəboyu əraziləri atəşə tutub. Xüsusilə, Tərtər və Ağdamın yaşayış məntəqələrinin vurulması nəticəsində dağıntılar olub. Bu gecə nisbətən sakit keçib.

Ermənistan yaşayış məntəqələrimizdən başqa, Ordumuzun mövqelərini də atəşə tutub. Təbii ki, bizim bölmələrimiz də ermənilərin cavabını verərək, onların atəş nöqtələrini susdurublar.

Ağdam istiqamətində gedən son döyüşlər zamanı xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı oğlu şəhid olub və vida mərasimi keçirilib. Vida mərasimində Ağdam rayon icra hakimiyyətinin başçısı, digər rayonların rəhbər şəxsləri iştirak edib.

Ümumi vəziyyətə gəldikdə isə cəbhə bölgəsində yaşayan əhali gündəlik həyatına adi qaydada davam edir. Əməliyyat şəraiti isə Ordumuzun tam nəzarətindədir”.

Gülşən Şərif

www.yenicag.az

1538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv