Noyabrın 18-20-də Ermənistanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası keçiriləcək.
Yenicag.az xəbər verir ki, sessiya “ATƏT böhran anlarında: daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu” devizi altında keçiriləcək.
İyunun 13-də Ermənistan Ermənistan Respublikası Milli Assambleyasının sədri adından ATƏT PA-nın sədri və baş katibinə rəsmi məktub göndərərək Ermənistan parlamentinin İrəvanda payız sessiyasını keçirməyə hazır olduğunu bildirib. .
İrəvanda strukturun üzvü olan 57 ölkədən 300-ə yaxın nümayəndə heyətini qəbul edəcək. Cənubi Qafqaz regionu ilə bağlı məsələlər müzakirə olunacaq. İkitərəfli görüşlər də planlaşdırılır.
www.yenicag.az