!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATU ilə TÜİB arasında Anlaşma Memorandumu imzalandı - FOTO

!Reklam – Yazi

İyulun 27-də Azərbaycan Texnologiya Universiteti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Yenicag.az xəbər verir ki, rektor Akif Süleymanov öz çıxışında bildirib ki, Prezident İlham Əliyevin 02 fevral 2021-ci ildə imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı bəndində müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait əsas şərt kimi qeyd olunub. Rektor bu məqsədlə tələbələrin praktiki biliklərə yiyələnmələrinin, müəssisələrdə iş prosesi ilə yaxından tanış olaraq biliklərini dayanmadan artırmalarının vacibliyini vurğulayıb.

TÜİB sədri Hüseyin Büyükfırat isə birliyə üzv müəssisələrin müxtəlif istiqamətdə fəaliyyət göstərdiklərini qeyd edərək, bu fəaliyyətin elm və tədrislə əlaqəli olduğu təqdirdə daha səmərəli olacağını söyləyib. Universitet tələbələrinin Türkiyədə yerləşən müəssisələrdə təcrübə keçməsi imkanlarını yüksək qiymətləndirən Hüseyin Büyükfırat, tələbələrin dördillik tədris prosesi zamanı praktiki biliklərə yiyələnmələrinin vacibliyini də vurğulayıb.

Azərbaycan Texnologiya Universiteti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında imzalanan memorandumda müəssiələrlə universitet əlaqələrinin inkişaf etdirilməsi, müəssisələrdə tələbələrin mütəxəssis kimi hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlıq, universitetdə mütəxəssislər üçün təlimlərin keçirilməsi, tələbələrin müəssisələrdə təcrübə keçərək praktiki biliyə yiyələnmələri nəzərdə tutulur. Memorandumda universitetdə TÜİB üzvü müəssisələr üçün elmi işlərin aparılması, birlikdə layihələrin hazırlanması və həyata keçirilməsi də öz əksini tapıb.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv