ATU-nun yeni rektorunun DOSYESİ

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Yenicag.az Yaşar Adil oğlu Ömərovun dosyesini təqdim edir:

Yaşar Adil oğlu Ömərov – 1 dekabr 1977-ci il Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhər 52 nömrəli orta məktəbində təhsil alıb.

1995-ci ildə BDU-nun Biologiya fakültəsinə daxil olub və 1999-cu ildə həmin fakültənin Biokimya ixtisası üzrə bakalavr pilləsini bitirib. 1999-cu ildə Biologiya fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib. Həmin il BDU-nun Biokimya və biotexnologiya kafedrasında laborant kimi fəaliyyətə başlayıb. 2001-cil ildə BDU-nun aspiranturasına daxil olub. 2007–ci ildə “Alma meyvələrinin fosfofruktokinazasının öyrənilməsi və onun meyvələrin yetişmə prosesində rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. 2002-ci ildən – baş laborant, 2005-ci ildən isə – laboratoriya müdiri vəzifələrində çalışıb. 2008-ci ildən Biokimya və Biotexnologiya kafedrasında müəllim, 2010-cu ildən isə Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləyib. “Qida məhsullarının saxlanılması biokimyası” (mühazirə), “Molekular biologiya” (mühazirə), “Hematologiya” (mühazirə) və “İmmunologiya” (seminar) fənlərini tədris edib, Böyük İxtisas Təcrübəsinə rəhbərlik edib.

2014-cü ildə Təhsil Nazirliyində məsul vəzifəyə irəli çəkilib. Hazırda Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışır.

20-dən çox elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600