Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AVMA-ya yeni rəhbər seçildi

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin (AVMA) növbədənkənar XII Ümumi Yığıncağı keçirilib.

Toplantıda Bakı Təhsil İdarəsinin şöbə müdiri Şahin İskəndərov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, valideynlər, məktəb direktorları, müəllimlər, şagirdlər, təhsil ekspertləri iştirak ediblər. Tədbirin sonunda təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Birliyin icraçı direktoru vəzifəsinə yekdilliklə Şahin Rəcəbov seçilib. Həmçinin İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Qeyd edək ki, AVMA İctimai Birliyi 2005-ci il aprel ayının 16-da Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun dəstəyi ilə yaradılıb. Hazırda birliyin şəhər və rayonlar üzrə 125-dək filialı var.

ELÇİN
Yeniçağ.az

Loading...

www.yenicag.az

486
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100