AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli oldu
Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Yenicag.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu yığma ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.
Komanda sonuncu matçında noyabrın 19-da Belçikanın qonağı olacaq.
AVRO-2024, seçmə mərhələ
I oyun, 24 mart
22:45. Avstriya – Azərbaycan
II oyun, 27 mart
23:45. İsveç – Azərbaycan
III oyun, 17 iyun
21:00. Azərbaycan – Estoniya
IV oyun, 9 sentyabr
21:00. Azərbaycan – Belçika
V oyun, 13 oktyabr
22:45. Estoniya Azərbaycan
VI oyun, 16 oktyabr
21:00. Azərbaycan – Avstriya
VII oyun, 16 noyabr
21:00. Azərbaycan – İsveç
VIII oyun, 19 noyabr
21:00. Belçika – Azərbaycan