“Şerif” nə qədər də əvvəlki rəqib olmasa da, çox təhlükəli komandadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokubokların təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə”-“Şerif” matçını dəyərləndirən futbol mütəxəssisi Ceyhun Sultanov deyib.
Onun sözlərinə görə, komanda bu oyunda əlinə düşən imkanlardan maksimum dərəcədə yararlanmalıdır:
“Bu matçda “Zirə”nin doğma meydanda oynamağı düşünürəm ki, üstünlüyüdür. Lakin “Şerif” nə qədər də əvvəlki rəqib olmasa da, çox təhlükəli komandadır. Baxmayaraq ki, “Zirə” ilk oyunda bir topla qələbəyə sevinmişdi lakin hesab edirəm ki, şanslar 50-50-yədir. Fikrimcə, komandamız növbəti mərhələyə keçmək istəyirsə, ilk oyunda olduğu kimi yenə həmin taktika ilə oynayıb səhv etməməli, əlinə düşən imkanlardan maksimum yararlanmalıdır. Bu oyunda komandamza uğurlar arzulayıram. İstərdim ki, ilk olaraq mərhələ keçən “Zirə” olsun və reytinq xalımızı artırsın”.
İsmayıl Bakuvi
www.yenicag.az