“Aİ Azərbaycanla bağlı ən kiçik hadisəyə qarşı canfəşanlıqla bəyanatlar verir”.
Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Yenicag.az-a açıqlamasında Avropa İttifaqının ölkəmizdə keçirilən mitinqlə bağlı bəyanatını şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli münasibəti qəbuledilməzdir:
“Bir müddətdir ki, Avropa İttifaqı Azərbaycana qarşı ikilistandart həyata keçirir və ölkəmizə qarşı fəal kampanyaya başlayıb. Bu ikilistandart Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də özünü göstərir. Belə ki, Avropa İttifaqı indiyə kimi Qondarma Dağlıq Qarabağda keçirilən 1980-ci illərin sonundakı referendumun liderlərinə qarşı heç bir bəyanat verməyib. Nəticədə Avropa İttifaqı tərəfindən Azərbaycanın beynəlxalq hüquq normaları altında öz ərazi bütövlüyünü bərpa edilməsinə maneə törədilir və Ermənistanda hökm sürən terrorçu rejimin cəzalandırılması dəstəklənmir. Eyni zamanda Aİ Azərbaycanla bağlı ən kiçik hadisəyə qarşı canfəşanlıqla bəyanatlar verir. Baxmayaraq ki, Aİ Fransadakı “Sarı Jiletlilər” və digər ölkələrdəki mitinqlərdə polisin qəddar davranışına göz yumur və pisləmir.
Bu cür yanaşma Avropa İttifaqının beynəlxalq imicinə zərbə vurur”.
Gülşən Şərif
www.yenicag.az