!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı və BMTİP peşə təhsili ilə bağlı Cəlilabada mediatur təşkil etdi - FOTOLAR

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) peşə təhsilinin təşviqi məqsədilə cənub bölgəsinə media tur təşkil edib.

Yenicag.az xəbər verir ki, səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində ölkədə şagirdlərin ixtisas seçimi ərəfəsində həyata keçirilib. Məqsəd peşə təhsil müəssisələri barədə məlumatlılığı artırmaq, həmçinin peşə təhsili və təlimini müxtəlif qabiliyyətlərə malik gənclər, eləcə də yetkinlər üçün müvafiq təhsil seçimlərindən biri kimi uğurlu təqdimatına dəstək olmaqdır.

Tədbir çərçivəsində region üzrə icra hakimiyyəti nümayəndələri, təşkilatçı qurumların yüksək səviyyəli rəsmiləri, paytaxtdan və regiondan bir sıra media nümayəndələri, o cümlədən müəllim və tələbələr, özəl sektor müəssisələrinin rəhbər şəxsləri bir araya gəlib.

Daha sonra iştirakçılar mebel sənayesi üzrə ixtisaslaşan “Woodpecker” şirkətinə səfər edib və orada çalışan tələbələrlə tanış olublar. Sözügedən tələbələr hazırda layihə tərəfindən tətbiq edilən dual təhsil proqramı çərçivəsində müxtəlif müəssisələrdə praktiki məşğələlərdə iştirak edir və real iş mühitində öyrənmə imkanı əldə edirlər.

Rəsmilər səfər zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkib, müəllim və tələbə heyəti ilə görüşlər keçirib, həmçinin ustad dərslərinə qoşulublar. İştirakçılar regionlarda peşə təhsili məzunu qadın və kişilər üçün məşğulluq imkanlarını müzakirə edib, habelə layihənin dəstəyi ilə tezliklə bu peşə təhsil müəssisəsində yaradılacaq Karyera Mərkəzinin rolu və tələbələrə gələcək karyera addımlarında dəstək olması məqamlarını vurğulayıblar.

Tədbirin tərkib hissəsi olaraq dövlət-özəl sektor tərəfdaşlığına həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilən dəyirmi masa tədbirində kənd təsərrüfatı, quşçuluq, mebel sənayesi, tekstil və qonaqpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən 15-ə yaxın özəl sektor müəssisəsi iştirak edib. Şirkətlər peşə təhsil müəssisələrində tədris alan tələbələrin qiymətləndirilməsi, kurikulumların yenilənməsi və yeni maliyyələşdirmə mexanizmləri mövzuları üzrə müzakirələr aparıblar. Həmçinin layihə tərəfindən tezliklə təşkil ediləcək Məşvərət Şurasının dəstəyi ilə təhsilverənlərlə özəl sektor arasında digər əməkdaşlıq imkanları barədə danışılıb. Bu fəaliyyətlərin məqsədi ölkədə peşə təhsil müəssisələrinin cəlbediciliyinin artırılması və əmək bazarının tələbləri ilə uzlaşdırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində həyata keçirilən müvəkkillik fəaliyyətləri peşə təhsili haqda, onun sosial və iqtisadi önəminin, eləcə də gələcək perspektivləri barədə məlumat səviyyəsinin artırılmasına hədəflənir. Mediatur ikili görüşlərin keçirilməsi ilə başa çatıb.

Gülşən Şərif

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv