!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqının Azərbaycana “JESTİ”? – “Onun Ağdama səfəri bununla bağlı ola bilər ki..” – Tofiq Zülfüqarov

!Reklam – Yazi

“Azərbaycan tərəfi həmin ərazilərdəki dağıntıları ona göstərməklə, erməni təbliğatını da ifşa edir”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələləri ilə bağlı xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycana səfərinin məqsədlərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Sabiq nazirin sözlərinə görə, Klaarın Azərbaycana və işğal edilmiş ərazilərimizə səfərinin bir neçə səbəbi ola bilər:

“Toyvo Klaar Avropa İttifaqının nüfuzlu təmsilçilərindən biridir və təcrübəli diplomat olaraq, vəzifəsinə uyğun qaydada region ölkələri ilə müntəzəm danışıqlar aparır.

Klaarın səfər qrafikinin bu formada müəyyənləşdirilməsinə gəldikdə, mən istisna etmirəm ki, burada Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizə köçürülməli olan çox sayda əhalimizə hər hansı humanitar yardımın olmamasına dair dəfələrlə mövqe bildirməsinin də təsiri var.

Onun Ağdama səfər etməsi bununla bağlı ola bilər. Hər halda, Azərbaycan tərəfi həmin ərazilərdəki dağıntıları ona göstərməklə, erməni təbliğatını da ifşa edir. Yəni bu məqamın da nəzərə alındığını düşünürəm.

Klaarın Müdafiə Nazirliyindəki görüşünü də bu məsələ ilə əlaqələndirərdim. Çünki işğaldan azad olunmuş bölgələrimizdə bir çox hallarda əsas rolu məhz Müdafiə Nazirliyi oynayır. Bildiyiniz kimi, o ərazilərdə mina təhlükəsizliyi məsələsi aktualdır. Keçirilən görüşlərin bu amillərlə bağlılığı var.

Əslində, belə səfərlərin təşkilində onların iki məqsədi var: birincisi, məlumat toplamaq, ikincisi isə məruzə hazırlayıb rəhbərliyə təqdim etmək. Bundan sonra isə hansısa məlumatın əsasında konkret qərar qəbul olunur. Ona görə də, bu barədə nəsə söyləməzdən əvvəl nəticəni gözləmək lazımdır”.

A.Zeynalov

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv