Avropa Komissiyasının Prezidenti və Aİ-nin komissarı bu gün Azərbaycana gələcək

media-hightechnic-468x90

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün bu gün Bakıya səfər edəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından xəbər verilib.

“Rusiyanın enerji təchizatını silahlandırmaqda davam etdiyi bir şəraitdə bizim enerji idxalımızın şaxələndirilməsi Aİ üçün prioritet məsələdir. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək üçün bu gün Azərbaycanda olacaqlar”, – xəbərdə deyilir.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər planlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600