Avropa Kuboku: Azərbaycanın cüdo millisinin heyəti açıqlandı

media-hightechnic-468x90

Azərbaycanın böyüklərdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa Kubokunda iştirak edəcək.

Yenicag.az xəbər verir ki, yığma yarışda 6 çəki dərəcəsində 8 qadın cüdoçu ilə təmsil olunacaq.

Tatami ustaları yarışa baş məşqçi Amina Abdellatifin rəhbərliyi altında yollanacaq.

Cüdoçulardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Ülviyyə Bayramova (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Nərmin Əmirli (78 kq) qalib adı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə mayın 31-dən iyunun 1-dək baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600