!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

!Reklam – Yazi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qaynarinfo-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniya “Vilyarreal”ı 1/8 finalda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olub. İngiltərənin “Mançester Yunayted” komandası isə İtaliya “Milan”ı ilə üz-üzə gələcək.

Avropa Liqası
1/8 final mərhələsi

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor” Donetsk (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo” Zaqreb (Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya” Praqa (Çexiya) – “Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv