!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Liqasının bərpa tarixi açıqlandı

!Reklam – Yazi

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.

Yenicag.az-ın məlumatına görə, bu barədə İspaniyanın “Xetafe” klubunun prezidenti Anhel Torres açıqlama verib.

O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları İtaliya “İnter”i ilə ilk matç avqustun 2-də və ya 3-də səfərdə boş tribunalar qarşısında keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda olacağını söyləyib.

Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb./Report/

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv