Avropa mediası Azərbaycandan yazır

media-hightechnic-468x90

21Avropanın nüfuzlu “EU Reporter” portalı və “The Brussels Times Magazine” elektron jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində “Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi” adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi barədə geniş yazı yayımlayıb.

Dərc edilən məqalələrdə “Azərbaycanda dünyəvilik” adlı hesabat geniş şərh olunaraq ölkəmizdə radikalizmə qarşı aparılan uğurlu işlərin effektivliyi bir daha vurğulanıb və Azərbaycanın dünyəvilik modelinin digər dövlətlər üçün də “nümunəvi model” ola biləcəyi diqqətə çatdırılıb. Yazıda qeyd edilir ki, çoxmillətli ölkə olmasına baxmayaraq Azərbaycan dini ahəngdarlıq baxımından özünəməxsus və uğurlu bir model yaratmağı bacarıb. Azərbaycan cəmi 9 milyon əhalisi olan bir ölkə olsada dünyəvilik modeli unikaldır və dünyada yaşayan 1.5 milyardlıq müsəlman dünyası üçün sülh və sabitliyin inkişafına töhfə ola bilər.

http://www.eureporter.co/world/2015/06/24/azerbaijani-academic-touts-promotion-of-secular-model-to-encourage-peace-in-muslim-world/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600