!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Məhkəməsi Kirkorovun iddiasını rədd etdi – Bu ölkəyə girişi qadağan olunub

!Reklam – Yazi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) rus estrada müğənnisi Filip Kirkorovun Litvanın ölkəyə girişinə qadağa qoyulması qərarından şikayətini qəbuledilməz elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə AİHM-in mətbuat xidməti məlumat yayıb.

AİHM Rusiya və Bolqarıstan vətəndaşlığı olan rusiyalı müğənni Filipp Kirkorovun Litva hakimiyyətinin 2021-ci ildə milli təhlükəsizlik səbəbi ilə Litvaya girişinə qadağa qoyulması qərarı ilə bağlı şikayətini qəbuledilməz hesab edib. Məhkəmə bu qərarın qəti olduğu elan edib.

Məhkəmə qərara alıb ki, Litvanın qərarının həm milli, həm də Avropa qanunvericiliyinə əsasən, legitim əsası var.

AİHM qərara alıb ki, işin materialları Kirkorovun qərara etiraz etdiyi Litva məhkəmələrinin faktları səhv qiymətləndirdiyini və ya qanunu qərəzli şəkildə tətbiq etdiyini düşünməyə əsas vermir.

Məhkəmə həmçinin qeyd edib ki, Kirkorov ləğv edilmiş konsertlərə görə zərərlərlə bağlı milli məhkəmələrə müraciət etmək imkanını hələ də tükəndirməyib.

Məhkəmə həmçinin qərarında nəzərə alıb ki, həm Litva Seymi, həm də Avropa Parlamenti Rusiyanın dezinformasiya və təbliğatının ifşa edilməsinin zəruriliyini tanıyır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan sonra Kirkorova Estoniya və Latviya tərəfindən də giriş qadağan edilib.

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv