Reklam: High Technic
hightechnic

Avropa Oyunlarının 1 günü canlandırılacaq

olimpiyastadionu4Mayın 17-də “Bakı-2015” I Avropa Oyunlarının bir günü canlandırılacaq.

Bu barədə Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.

Yarışlar zamanı əməliyyatlara hazırlıq sınaqdan keçiriləcək.

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri 6 saat ərzində – 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq. Buna səbəb iyunun 12-də start götürəcək Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.

Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etmək xahiş olunur:

– Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

– Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri.

www.yenicag.az

69