Avropa Oyunlarının məşəli Salyanda-Fotolar
“Bakı-2015” I Avropa Oyunlarının məşəli bu gün Cəlilabaddan Salyana gətirilib.
Boks üzrə Avropa çempionu Cavid Quliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra 10 məşəlçi oyunların rəmzi qapısından 3,4 kilometr məsafədə yürüşə başlayıb.
I Avropa Oyunlarının məşəli Salyandan sonra Neftçalaya yola salınacaq. Məşəlin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub.
Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.