Avropa Parlamenti Azərbaycanla bağlı Aİ-yə çağırış etdi

media-hightechnic-468x90

Avropa Parlamenti Avrop İttifaqını Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq etməyə və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunu dayandırmağa çağıran qətnamələr qəbul edib. 

Yenicag.az xəbər verir ki, qətnamə AP-nin dünənki iclasında qəbul olunub.

Avropa Parlamenti xarici siyasət və Aİ-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib ki, bunların da hər birində Aİ-yə çağırış var:

Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın;

Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü halında Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun;

Aİ-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzatın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin;

Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırın./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600