!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Qran Prisinin video-bələdçisi hazırlanıb-Video

!Reklam – Yazi

baku-01Gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinə hazırlıq yüksək templə davam edir – artıq yarışa bilet satışına da start verilib. Bu günlərdə yarışın baş tutacaq trasın konfiqurasiyası üzrə video-bələdçi də hazırlanıb.

Hermann Tilkenin hazırladığı trasımızın keçəcəyi küçələr, bu küçələrdə yer alan tarixi abidələr, görməli yerlər ölkəmizə gələcək turistlər üçün də maraqlı olacaq. Videoçarxın hazırlanması Media Təqib Mərkəzinin texniki, www.F-1.az saytının informasiya dəstəyi ilə baş tutub. Videonu Formula1 yarışılarının İdmanAzərbaycan kanalındakı şərhçiləri Siyavuş Əliyev və Rəhim Əliyev səsləndiriblər…

Siyavuş Əliyev: “Bu videoçarxla biz qarşıdakı yarışa öz töhfəmizi vermək istədik. Trası qarış-qarış gəzdik, özümüzü sürücülərin və azarkeşlərin yerində hiss etdik. Məncə, pis alınmayıb və hamının xoşuna gələcək”.

Rəhim Əliyev: “Əslində biz bu videonu xaricdən olan kolleqalarımız üçün, yəni xarici telekanalların aparıcıları üçün hazırlamışıq və tezliklə rus və ingilis dilinə də tərcümə edəcəyik. Qoy aparıcılar yarış zamanı bizim tarixi abidələrimiz barədə məlumatlı olsunlar və televizor qarşısındakı azarkeşləri də məlumatlandırsınlar…”

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv