Avropa Rusiyaya qarşı SİPƏRİNİ QURUR: “Fransanın nüvə gücü ilə...”
“Fransanın nüvə gücü ilə Avropanın müdafiə strategiyası tamamlanacaq”.
Yenicag.az xəbər verir ki, bunu Avropanın təhlükəsizliyini təmin etməsi məsələsi barədə sualları cavablandıran NATO-nun general-leytenantı Ben Hodces deyib.
O, Rusiya ilə son atəşkəs razılaşmalarının əhəmiyyətini müzakirə edərkən, rusların razılaşmaya ciddi şəkildə yanaşmadığını qeyd edir.
“Rusların müzakirələri yalnız vaxt qazanmaq və Ukraynanı günahlandırmaq üzərinə qurulub. Putin dövründə Rusiyanın hər hansı sülh razılaşmasına ciddi yanaşacağı inandırıcı deyil”.
“Nəticə etibarilə, Avropa dövlətləri öz müdafiə potensialını artırmaq üçün addımlar atacaq. Avropa İttifaqı, Böyük Britaniya, Kanada və Norveç iqtisadiyyatları birləşərək Rusiya iqtisadiyyatını geridə qoymağı hədəfləyir. Eyni zamanda bu ölkələrin orduları, donanması və hava qüvvələri də birlikdə rusların gücünə bərabər olacaq. Əlavə olaraq Fransanın nüvə gücü ilə Avropanın müdafiə strategiyası tamamlanacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli