!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa təzyiq metodu kimi insan hüquqlarından istifadə edir” – Ramiz Mehdiyev

!Reklam – Yazi

azvision.az ramiz mehdiyevAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dünyadakı mövcud proseslərin mahiyyətini və Azərbaycanın tutduğu xətti təsvir edən yeni məqalə ilə çıxış edib.

AzVision.az “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı çox geniş məqalənin bəzi hissələrinin tərcüməsini təqdim edir.

Məqalənin giriş hissəsində akademik Ramiz Mehdiyev xatırladır ki, birqütblü dünya sisteminin çöküşü ilə dünya ictimaiyyəti gələcək qlobal təhlükəsizlik və əməkdaşlıqla bağlı eyforiya keçirməyə başlamışdı: “Bir çox alimlər, analitiklər, jurnalistlər beynəlxalq münasibətlərdə “güc dövrü”nün sona çatdığını deyirdilər. “Soyuq müharibə”nin başa çatması ictimaiyyətin belə bir fikrə köklənməsinə səbəb olmuşdu ki, əvvəldən bəyan olunan demokratiya, azadlıq, bütün dövlətlərin bərabərliyi kimi hədəflərə çatılıb.

XX əsrin sonlarında tamamilə təbii olan gözləntilərin axarında aparıcı müəlliflərin fundamental paradiqmaların dəyişməsilə bağlı araşdırmaları ortaya çıxmağa başladı. Bu araşdırmalarda ideoloji mübarizənin olmadığı şəraitdə yeni dünya qaydalarının formalaşması haqqında proqnozlar da əks olunurdu”.

Ramiz Mehdiyev yazır ki, bu istiqamətdə ən əhəmiyyətli işlərdən biri məşhur amerikalı filosof Frensis Fukuyamanın “Tarixin sonu və sonuncu insan” kitabı idi:

– Müəllif kitabında Qərb dəyərlərinin kommunizm üzərində zəfərinin semantikasını təsvir edirdi. Onun baxışlarının kökündə belə bir ideya dayanmışdı ki, Qərb demokratiyasının yayılması insanlığın geosiyasi və sosiomədəni təkamülünün sonuncu mərhələsəni reqlamentləşdirir. Lakin F.Fukuyamanın nəzəriyyəsi tarixin sonundan bəhs etmir, yalnız bu fikri irəli sürürdü ki, qlobal ideoloji sarsıntı, savaş və inqilablar dövrü arxada qalıb. Belə ki, onun fikrincə, qalib gələn ideologiya yubanmadan universal siyasi, sosial və mədəni standartların formalaşmasına başlamalı, yeni yaranan müstəqil dövlətlər də daxil olmaqla, bütün ölkələr bu standartlara yönəlməlidilər. Məsələni belə qoyan təkcə Fukuyama deyildi, Qərbin bir çox başqa aparıcı ekspertlərinin baxışları və proqnozları da onun gəldiyi qənaətlərin ruhuna uyğun idi. Lakin beynəlxalq münasibətlər sisteminin sonrakı inkişafı əyani şəkildə göstərdi ki, liberal demokratiya modelini yeganə rasional inkişaf modeli kimi suveren dövlətlərə `sırımaq` cəhdləri nəinki tələsik, hətta səhv qərardır.

Akademik qeyd edir ki, `ikili standartlar` siyasətinin tətbiqi, `soyuq savaş` dövrünün `blok təfəkkürü`nə qayıdış və Qərbin hərbi-siyasi təsirinin yayılması ona gətirib çıxardı ki, Şərqi Avropanın və postsovet məkanının kiçik dövlətləri yaradılan gərginliyin qurbanı oldular və hazırda da olmaqdadırlar. “Rəngli inqilab”larla aparılan siyasi və sosial-iqtisadi eksperimentlər, Qərb dövlətlərinin və onların xidmətində duran institutların düşünülməmiş, başqa dövlətlərin və regionların mədəni, dini, tarixi inkişaf determinantlarını nəzərə almayan qloballaşma siyasəti qlobal miqyasda münaqişələrin və qeyri-sabitliyin artmasına gətirib çıxardı.

Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi ərazi mübarizə məkanına çevrilib və maraqların sərt toqquşması vahid iqtisadi vəziyyətə dağıdıcı təsir göstərir. Böhranın dərinləşməsi, beynəlxalq hüququn təsirindən kənarda qalan qaynar bölgələrin meydana çıxması üçün şəraitin yaradılması suveren milli dövlətlərin inkişafı prosesinə ağır zərbə vurur, qarşı duran tərəflər arasında kompromis axtarışlarını son dərəcə çətinləşdirir.

Müasir dünyada böhranın böyüməsində digər dövlətlər və regionların mürəkkəb problemləri ətrafında qərar qəbul etmək hüququnu inhisara almaq istəyən Avropa institutları və təşkilatlarının rolu heç də az deyil. Belə strukturlar arasında ən nüfuzlu təşkilat kimi Avropa İttifaqını göstərmək olar. Cənubi Qafqaz regionu və Azərbaycanın Avropa sərhədlərinə coğrafi yaxınlığı nəzərə alınsa, Avropa İttifaqı (Aİ) siyasətinin pozitiv və neqativ təsirinin analizi həm Şərqi Avropa regionu, həm də postsovet məkanında geosiyasi vəziyyətlə bağlı bir çox sualların cavabını verə bilər.

Dünya nizamında böhranın və beynəlxalq hüququn fəaliyyətsizliyi ilə nəticələnən siyasi proseslərinin xüsusiyyətlərinin analizi, həmçinin beynəlxalq əlaqələrin aktoru kimi Aİ-nin institutsional və funksional problemləri elmi cəhətdən böyük maraq doğurur. Artan islomofobiya, rəsmi Brüsselin xarici siyasətində ikili standartların tipik təzahürlərinin göründüyü Avropada multikulturalizm böhranı kimi tendensiyalar xeyli suallar doğurur. Yalnız Avropa Birliyinin deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi kimi kontinental institutların anti-Azərbaycan siyasətinin analizi Azərbaycanın milli maraqları üçün praktik əhəmiyyət malikdir. Rəsmi Bakı üçün müstəqil Azərbaycan barəsində bu strukturların həm qlobal, həm də regional determinantlar kimi qərəzli siyasətinin öyrənilməsi vacibdir.

Bu gün belə, Avropa institutlarının müstəqil dövlətlərə, xüsusilə Azərbaycana qarşı fəaliyyəti zamanı suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur. Süni böyüdülən problemlərin və ənənəvi alətlər dəstinin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə həyata keçirilir, əhəmiyyətli qərarların qəbulu təcrübəsində `ikili standartlar` tətbiq edilirlər.

Mən aşağıda Azərbaycanın bugünkü balanslı və müstəqil xarici siyasətinin xüsusiyyətlərini açmağa çalışacam. Elə burada qısaca vurğulamaq istəyirəm ki, iqtisadi inkişaf və dövlət quruculuğunda əldə olunan uğurlar Avropa strukturlarının ölkəmizə qarşı qərəzli münasibətlərinin səbəbi ola bilər. Hamıya çoxdan məlumdur ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən suveren və müstəqil siyasət, iqtisadi sərbəstlik öz geosiyasi məqsədlərini reallaşdırmaq üçün ölkəmizi qeyri-sabit görmək istəyən bəzi Qərb dairələrini qıcıqlandırır.

Prezidenti ilham Əliyev 12 oktyabr 2015-ci ildə Nazirlər Kabinetində çıxışı zamanı vurğulayıb ki, “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu inkişaf, tərəqqi yoludur və biz bu yolda böyük uğurlara nail olmuşuq.
…Müstəqil siyasətinin aparılması bizə bir sıra problemlər yaradır. Çünki bu gün dünyada qütbləşmə prosesinin getdiyi aydın görünür. Böyük ölkələr öz təsir gücünü artırmaq istəyir və dünyada öz mövqeyi, heç kəsdən çəkinməyən müstəqil, prinsipial dövlətin olması təbii ki, onları qıcıqlandırır. Lakin bu, bizi narahat etməməlidir… Çünki mənim üçün ən vacib olanı Ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə də Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.

Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik”.
Azərbaycanın mövqeyi bundan ibarətdir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq istəyirlərsə, bununla hesablaşmalıdırlar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasının 70-ci ildönümü münasibətilə Baş Assambleyada çıxışı zamanı ABŞ prezidenti Barak Obama Ukraynada bugünkü vəziyyətə toxunaraq bildirib: “Biz biabırçı şəkildə ölkənin müstəqilliyinin pozulması və ərazi bütövlüyünün pozulduğu vaxt kənarda qala bilmərik”. Bu hadisələr cənab Barak Obamanın hiddətinə səbəb olur. Amma nədənsə, Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində 20 ildən artıq müddətdə Azərbaycanın ərzi bütövlüyünün pozulması faktı ABŞ prezidentinin hiddətləndirmir. Bu cür yanaşma nə dərəcədə düzgündür?

Aİ və ABŞ Ukrayna böhranından sonra anlamalıdırlar ki (Lakin daha əvvəl də bu qənaətə gəlmək olardı: İraq, Liviya, Suriya), SSRİ-nin dağılmasından sonra onların onilliklər ərzində digər ölkələrin (həm regional, həm də kiçik ölkələr) maraqlarını nəzərə almaması, beynəlxalq hüquq və prinsiplərinə demonstrativ qaydada riayət etməməsi və ikili standartlar siyasətinin yayılması ilə tətbiq etdiyi strateji və taktiki gedişlər yaxın gələcəkdə Ukrayna böhranına bənzər kəskin böhranların yaranması üçün təhlükəli presedent yaradır.

Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq hüququn normalarına hörmətsizlik, həmçinin Qərb və Şərq arasında yeni qarşıdurma ilk növbədə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən bütün postsovet ölkələri üçün təhlükə yaradır. Əgər Qərb ölkələri postsovet regionunun inkişafında maraqlıdırlarsa, onda anlamalıdırlar ki, Qərb-Şərq oxu üzrə qarşıdurma nəyinki regionda maraqların reallaşdırılmasına, hətta Avrasiya kontinentində sülh və sabitliyə zərər vurur.

Vurğulamaq istəyirəm ki, əgər böyük güclər XXI əsri qanlı müharibələr əsri, uzanan münaqişələr, soyqırım, davam edən və pislənilməyən işğal kimi yox, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüququ normalarına hörmət etmək, əməkdaşlığı bərabərhüquqlu dialoq əsasında qurmaq, digər ölkələrin maraqlarına hörmət etməli və müstəqil ölkələrin daxili işlərinə qarışmamalıdırlar.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan mübarizə və qarşıdurma məkanı olmayacaq. Azərbaycan dialoq və yaradıcı fəaliyyətin məkanı olmağa çalışır. Bizim sarsılmış dünya düzənin bərkidilməsinə dair yanaşmamız buna əsaslanır. Bu cür yanaşmanı qarşıdurma oxunda yer alan ölkələrin böyük əksəriyyəti bölüşür.

Yenicag.az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv