!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa Ukraynaya qoşun yeritməyə hazır olmalıdır” – Eston nazir

!Reklam – Yazi

Estoniyanın xarici işlər naziri Marqus Tsakxna bildirib ki, Avropa Donald Trampın təşəbbüsü ilə Kiyev və Moskva arasında mümkün olacaq sülh sazişini dəstəkləmək məqsədilə Ukraynaya qoşun göndərməyə hazır olmalıdır.

Yenicag.az “The Financial Times”a istinadla xəbər verir ki, o, bu barədə nəşrlə söhbətində qeyd edib.

Nazirin sözlərinə görə, Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı təminat NATO üzvlüyü ola bilər, lakin ABŞ bu addıma qarşı çıxarsa, Avropa müharibə bitdikdən sonra Rusiyanın mümkün aqressiyasını dayandırmaq üçün qoşun göndərməyə məcbur olacaq.

“Əgər biz real təhlükəsizlik təminatlarından danışırıqsa, deməli, ədalətli bir sülh olmalıdır. O zaman NATO üzvlüyü məsələsini gündəmə gətiririk. Amma bu, ABŞ olmadan mümkün deyil və belə halda, biz artıq təhlükəsizlik təminatları və mövcudluq şəklində hər hansı bir təminat axtaracağıq”, – deyə Tsakxna vurğulayıb.
XİN rəhbəri həmçinin deyib ki, Trampın ABŞ prezidentliyini qazanması müttəfiq ölkələr arasında Ukraynanın son dövrlərdəki hərbi itkiləri və Moskvanı danışıqlara cəlb etmək üçün təzyiqi gücləndirmək məsələsini sürətləndirib.

Avropa ölkələrinin, Trampın administrasiyası ilə əlaqələrini genişləndirdiyini qeyd edən eston nazir onu da əlavə edib ki, ABŞ-nin dəstəyi olmadan Avropanın Ukraynaya təhlükəsizlik təminatları verməsi çox çətin olacaq. Onun fikrincə, NATO Rusiya qoşunları ilə hər hansı bir qarşıdurmaya cəlb oluna bilər.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv